SON XƏBƏRLƏR
-
03.07.2026, 13:40
MOKAMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
-
03.07.2026, 13:20
İdmanAvropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
-
03.07.2026, 11:41
İdmanFərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
-
03.07.2026, 11:34
İdmanAtletlərimiz Balkan çempionatında iştirak edəcək
-
03.07.2026, 11:24
İdman"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
-
02.07.2026, 17:06
İdmanDÇ-2026: 1/8 finalın daha üç iştirakçısının adına aydınlıq gələcək
-
01.07.2026, 17:06
GündəmBakıda İBA Çempionlar Gecəsi keçiriləcək
-
01.07.2026, 16:50
İdmanOlimpiya mükafatçımız reytinq siyahısına başçlıq edir
-
01.07.2026, 16:34
İdmanParabadmintonçularla görüş keçirilib
-
01.07.2026, 16:14
İdmanŞose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
-
01.07.2026, 16:04
İdmanYardımlıda cüdo üzrə region birinciliyi keçiriləcək
-
01.07.2026, 15:58
İdmanStolüstü tennisçilər respublika birinciliyində yarışırlar
-
30.06.2026, 13:43
MüsahibəAtlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
-
30.06.2026, 13:02
MOKMOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
-
29.06.2026, 13:44
MOKİstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
-
29.06.2026, 11:09
İdmanAzərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
-
29.06.2026, 10:44
İdmanDeflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
-
29.06.2026, 10:32
İdman“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
-
29.06.2026, 10:10
İdmanXXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
-
29.06.2026, 09:56
İdmanOlimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
-
29.06.2026, 08:19
İdmanAmerikalı üzgüçü dünya rekordunu yeniləyib
-
29.06.2026, 01:40
İdmanVenesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
-
29.06.2026, 01:11
İdmanRassel Avstriya Qran-prisində hamını qabaqladı
-
29.06.2026, 00:32
İdmanSuperkompüter dünya çempionatının favoritini açıqlayıb
-
28.06.2026, 23:10
İdmanPraqa sınağında 4 medal
-
28.06.2026, 22:40
İdmanAvarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
-
28.06.2026, 22:23
İdmanAzərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
-
28.06.2026, 21:35
GündəmQusarda region birinciliyi keçirilib
-
28.06.2026, 10:25
MOKBakıda tarixi UFC gecəsi keçirilib
-
28.06.2026, 01:34
İdman"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
-
26.06.2026, 01:12
GündəmMehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
-
26.06.2026, 00:08
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
25.06.2026, 23:18
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
-
25.06.2026, 20:25
İdman“Gələcəyə Doğru 2026” turniri keçirilib
MOK-da Azərbaycan Kino Agentliyi ilə görüş keçirilib
MOK
25.05.2026, 15:44
Mayın 25-da Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) Azərbaycan Respublikası Kino Agentliyinin rəhbərliyi ilə görüş keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbuat katibi Murad Fərzəliyev, Beynəlxalq Proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Azərbaycan Kino Agentliyi direktorunun köməkçisi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Rüfət Qarazadə və Azərbaycan Kinomatoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki, rejisor, prodesur Arzu Qulamov iştirak edib.
Görüş Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında Azərbaycan idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliği məqsədiylə keçirilib.
Görüşdə bildirilib ki, Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlər üçün ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi üçün qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək zəruridir. Qeyd olunub ki, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prisiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək üçün yaxın günlərdə lazımi tədbirlər görüləcəkdir.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman mövzusunda bədii filmlərin çəkilməsinin vacibliyindən danışıb. O bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədə idman sahəsində xeyli çətinliklər var idi:
“1995-ci ildə ümummilli lider Heydər Əliyevin idmançılarla görüşünü təşkil edərkən Olimpiya idman növlərində ciddi nailiyyəti olan idmançı tapmaq çətin idi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra isə Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafında yeni mərhələ başlandı. İdmançıların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atıldı, federasiyaların fəaliyyətində dönüş yarandı. İlk növbədə idmançıların məişət şəraitinin yaxşılaşdırılması, müxtəlif kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan uzaq düşmüş mütəxəssislərin geri qaytarılması, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər öz həllini tapdı. Bundan sonra Olimpiya çempionları haqqında filmlərin çəkilməsi ilə bağlı qərar qəbul olundu. Bu filmlər vasitəsilə xalqımıza göstərdik ki, Azərbaycanın böyük çempionları var. Olimpiya çempionlarımız xalqımızın qələbə ruhunu, fiziki və mənəvi gücünü nümayiş etdirirlər. Onlar haqqında çəkilən filmlər paytaxtda və bölgələrdə nümayiş olunub. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəslə daha yaxından tanıdaq. İnanıram ki, bundan sonra da birlikdə səmərəli layihələr həyata keçirəcəyik”.
Daha sonra çıxış edən Rəşad Əzizov idman mövzusunun Azərbaycan kinosu üçün böyük potensiala malik olduğunu vurğulayıb. O bildirib ki, idman yalnız yarış və nəticələrdən ibarət deyil, həm də əzmkarlıq, vətənpərvərlik və qələbə ruhudur.
Rəşad Əzizov qeyd edib ki, Olimpiya çempionları və tanınmış idmançılar haqqında filmlərin çəkilməsi və onların filmlərdə koskadyor kimi iştirak etməsi gənc nəslin formalaşmasında mühüm rol oynaya bilər: “Bu cür ekran əsərləri həm tarixi yaddaşın qorunmasına xidmət edir, həm də gəncləri sağlam həyat tərzinə və idmana marağa təşviq edir. Azərbaycan idmanının zəngin uğur salnaməsi kino üçün geniş imkanlar açır və bu istiqamətdə yeni layihələrin hazırlanması vacibdir”.