SON XƏBƏRLƏR
-
Bugün, 20:01
İdmanFərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
-
Bugün, 18:33
İdmanFiruddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
-
Bugün, 14:52
İdmanAzərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
Bugün, 14:32
İdmanAzərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
Bugün, 13:52
MOKMOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
-
Bugün, 10:49
İdman10 boksçumuz Avropa çempionatının yarımfinalında
-
Bugün, 10:32
İdmanƏdalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
-
Bugün, 10:19
MOKFIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
-
Bugün, 09:39
İdman"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
-
21.10.2026, 23:14
İdmanAvropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
-
21.10.2026, 19:28
İdmanBakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
-
21.10.2026, 11:30
İdmanAzərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
-
21.10.2026, 11:24
İdman7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
-
21.10.2026, 11:08
İdman"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
-
21.10.2026, 10:35
İdman"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
-
21.10.2026, 10:09
İdmanUEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
-
20.10.2026, 20:12
İdman“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
-
20.10.2026, 15:48
İdmanMilli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
-
19.10.2026, 17:13
İdmanAzərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
-
19.10.2026, 15:48
İdmanAğırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
-
19.10.2026, 14:53
İdmanAzərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
-
19.10.2026, 12:51
İdman“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
-
19.10.2026, 12:42
İdman“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
-
19.10.2026, 11:20
İdmanMisli Premyer Liqasında tamaşaçı rekordu
-
19.10.2026, 11:12
İdmanMilli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
-
19.10.2026, 10:53
İdmanAzərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
-
19.10.2026, 10:37
İdmanAzərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
-
19.10.2026, 10:04
İdmanGimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
-
19.10.2026, 09:39
İdmanCüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
18.10.2026, 09:06
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
-
18.10.2026, 01:22
GündəmBu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
17.10.2026, 00:57
GündəmPrezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
-
17.10.2026, 00:53
İdmanMilli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
-
16.10.2026, 13:08
GündəmAzərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
71 yaşlı dünya çempionu: “Əsas məqsədimə çatdim”
Müsahibə
22.09.2026, 15:24
Azərbaycan idmanı tarixində daha bir uğurlu nəticə qeydə alınıb. Ağırlıqqaldırma üzrə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən veteran idmançımız Vaqif Müsadiq 71 yaşında dünya çempionu tituluna yiyələnib. Yunanıstanın Afina şəhərində keçirilən veteran idmançılar arasında dünya çempionatında 85 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 147 kq (67 kq +80 kq) nəticə ilə 10 iştirakçı arasında qızıl medal qazanıb. Bu yaş kateqoriyasında fransalı Manuel Espinola 144 kq (64 kq + 80 kq) gümüş, ABŞ idmançısı Corc Pyura isə 137 kq (62 kq + 75 kq) nəticə ilə bürünc medala sahib olub.
Məlumat üçün bildirək ki, Vaqif Müsadiq ötən il Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında 162 kq (72 kq +90 kq) nəticə ilə qitənin ən güclüsü olmuşdu.
Dünya çempionatında qazandığı qələbədən sonra fikirlərini bölüşən çempionumuz bildirib ki, onun əsas məqsədi yalnız medal qazanmaq deyil, eyni zamanda yaşın idmanda uğur qazanmağa mane olmadığını göstərmək olub.
“Əsas məsələ cavanlara örnək olmaqdır. İdmanda heç vaxt mübarizə asan keçmir. Bunun üçün nəyisə qurban verməli olursan. Yaşımın çox olmasına baxmayaraq özümü çox gümrah hiss edirəm. Bir idmançı üçün, qitə və dünya çempionatlarında qalib olmaq əsas şərtdir. Mən bunun öhtəsindən gələ bildim. Ötən il Albaniyada Avropa çempionu olduqdan sonra qarşıma məqsəd qoymuşdum ki, dünya çempionu da olmalıyam. Görünür, insan qarşısına nəyisə məqsəd qoyanda o məqsəd üçün hər şeyi göz önünə alır. Mənim üçün çempionluq və ölkəmizin bayrağını yüksəklərdə dalğalandırmaq böyük şərəfdir. Mən bu şərəfə nail oldum. Yarışa yollanmaq üçün şəxsi avtomobilimi satmışam. Avtomobili hər zaman almaq olar. Amma belə bir yarışda çempion olmaq hər adama nəsib olmur. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, bu Azərbaycan ağırlıqqaldırma tarixində hələ ki, yeganə nəticədir. Məqsədimə çatdım. İnanıram ki, Azərbaycan idmanı bundan sonra da bu cür nəticələrlə zəngin olacaq”, - deyə dünya çempionu qeyd edib.
Qeyd edək ki, 1600-ə qədər veteran idmançının iştirak etdiyi dünya çempionatında Azərbaycan 4 ağırlıqqldıranla təmsil olunur. Təmsilçilərimizdən Vaqif Müsadiqlə yanaşı, M-75 kateqoriyasında Sərdar Quliyev 85 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb. Natiq Ağayev isə M-60 kateqoriyasında 110 kq çəki dərəcəsində altıncı yeri tutub. Digər idmançımız Zülfüqar Süleymanov (M-40, 71 kq) isə sentyabrın 23-də körpücük üzərinə çıxacaq.