SON XƏBƏRLƏR
-
Bugün, 20:01
İdmanFərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
-
Bugün, 18:33
İdmanFiruddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
-
Bugün, 14:52
İdmanAzərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
Bugün, 14:32
İdmanAzərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
Bugün, 13:52
MOKMOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
-
Bugün, 10:49
İdman10 boksçumuz Avropa çempionatının yarımfinalında
-
Bugün, 10:32
İdmanƏdalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
-
Bugün, 10:19
MOKFIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
-
Bugün, 09:39
İdman"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
-
21.10.2026, 23:14
İdmanAvropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
-
21.10.2026, 19:28
İdmanBakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
-
21.10.2026, 11:30
İdmanAzərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
-
21.10.2026, 11:24
İdman7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
-
21.10.2026, 11:08
İdman"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
-
21.10.2026, 10:35
İdman"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
-
21.10.2026, 10:09
İdmanUEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
-
20.10.2026, 20:12
İdman“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
-
20.10.2026, 15:48
İdmanMilli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
-
19.10.2026, 17:13
İdmanAzərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
-
19.10.2026, 15:48
İdmanAğırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
-
19.10.2026, 14:53
İdmanAzərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
-
19.10.2026, 12:51
İdman“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
-
19.10.2026, 12:42
İdman“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
-
19.10.2026, 11:20
İdmanMisli Premyer Liqasında tamaşaçı rekordu
-
19.10.2026, 11:12
İdmanMilli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
-
19.10.2026, 10:53
İdmanAzərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
-
19.10.2026, 10:37
İdmanAzərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
-
19.10.2026, 10:04
İdmanGimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
-
19.10.2026, 09:39
İdmanCüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
18.10.2026, 09:06
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
-
18.10.2026, 01:22
GündəmBu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
17.10.2026, 00:57
GündəmPrezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
-
17.10.2026, 00:53
İdmanMilli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
-
16.10.2026, 13:08
GündəmAzərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
Gündəm
29.09.2026, 22:47
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə – Köndələn su anbarında start verilib.
Olimpiyadunyasi.com Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ildən etibarən Suqovuşan, Köndələn və Sərsəngdə təşkil olunan avarçəkmə yarışlarının əhəmiyyətindən danışıb, idmana və idmançılara göstərilən dövlət qayğısını vurğulayıb. Nazir idmançıları növbəti idman bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Yarışlar öncəsi Köndələn su anbarında əjdaha qayıqları və kayaklarda idmançıların nümunəvi çıxışları nümayiş etdirilib. Daha sonra müxtəlif yaş qrupları üzrə yarışlara start verilib.
Milli komandamızın üzvləri Füzulidə keçirilən ilk yarış günündə 4 medal qazanıblar.
2008–2009-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə finiş xəttini birinci, Nuran Rəhimli isə ikinci keçib. Beləliklə, Azərbaycan komandasının aktivinə ilk qızıl və gümüş medallar yazılıb.
2010–2011-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Elmir Tarverdiyev üçüncü yeri tutub. Daha bir idmançımız Hüseyn Səmədli isə 2008–2009-cu il təvəllüdlülər arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Tədbir Füzuliyə köçən sakinlər və ətraf rayonlardan gələn idman həvəskarları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışı sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.