SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Bu gün daha 5 idmançımız mübarizəyə başlayır

Dakar-2026: Bu gün daha 5 idmançımız mübarizəyə başlayır    

Olimpiya oyunları

07.11.2026, 23:21

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir. 

Olimpiyadunyasi.com xəbər verir ki, noyabrın 8-də Azərbaycanın 5 idmançısı atletika, çimərlik güləşi, taekvondo və velosiped idmanının şose növündə mübarizə aparacaq.

Atletika yarışlarında Daniil Şuvayev 100 metr məsafəyə qaçışda yarımfinal mərhələsində qüvvəsini sınayacaq. Yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İdmançımız finala vəsiqə qazanacağı təqdirdə saat 21:32-də həlledici mərhələdə mübarizə aparacaq.

Çimərlik güləşi üzrə yarışlarda Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) mübarizəyə qoşulacaqlar. Yarışlara Bakı vaxtı ilə saat 14:30-da start veriləcək. Final görüşləri isə idmançılarımızın finala yüksələcəyi təqdirdə saat 19:00-da başlayacaq. 

Velosiped idmanının şose növündə isə Nihad Xudoyev Bakı vaxtı ilə saat 15:00-da start xəttinə çıxacaq.

Bu gün həmçinin taekvondo yarışlarına da start veriləcək. Azərbaycan taekvondoçusu Zəhra İsayeva (-44 kq) da dayana üzarinə çıxacaq. Taekvondo yarışlarına Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. 

Dİgər xəbərlər