SON XƏBƏRLƏR
-
03.07.2026, 13:40
MOKAMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
-
03.07.2026, 13:20
İdmanAvropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
-
03.07.2026, 11:41
İdmanFərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
-
03.07.2026, 11:34
İdmanAtletlərimiz Balkan çempionatında iştirak edəcək
-
03.07.2026, 11:24
İdman"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
-
02.07.2026, 17:06
İdmanDÇ-2026: 1/8 finalın daha üç iştirakçısının adına aydınlıq gələcək
-
01.07.2026, 17:06
GündəmBakıda İBA Çempionlar Gecəsi keçiriləcək
-
01.07.2026, 16:50
İdmanOlimpiya mükafatçımız reytinq siyahısına başçlıq edir
-
01.07.2026, 16:34
İdmanParabadmintonçularla görüş keçirilib
-
01.07.2026, 16:14
İdmanŞose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
-
01.07.2026, 16:04
İdmanYardımlıda cüdo üzrə region birinciliyi keçiriləcək
-
01.07.2026, 15:58
İdmanStolüstü tennisçilər respublika birinciliyində yarışırlar
-
30.06.2026, 13:43
MüsahibəAtlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
-
30.06.2026, 13:02
MOKMOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
-
29.06.2026, 13:44
MOKİstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
-
29.06.2026, 11:09
İdmanAzərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
-
29.06.2026, 10:44
İdmanDeflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
-
29.06.2026, 10:32
İdman“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
-
29.06.2026, 10:10
İdmanXXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
-
29.06.2026, 09:56
İdmanOlimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
-
29.06.2026, 08:19
İdmanAmerikalı üzgüçü dünya rekordunu yeniləyib
-
29.06.2026, 01:40
İdmanVenesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
-
29.06.2026, 01:11
İdmanRassel Avstriya Qran-prisində hamını qabaqladı
-
29.06.2026, 00:32
İdmanSuperkompüter dünya çempionatının favoritini açıqlayıb
-
28.06.2026, 23:10
İdmanPraqa sınağında 4 medal
-
28.06.2026, 22:40
İdmanAvarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
-
28.06.2026, 22:23
İdmanAzərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
-
28.06.2026, 21:35
GündəmQusarda region birinciliyi keçirilib
-
28.06.2026, 10:25
MOKBakıda tarixi UFC gecəsi keçirilib
-
28.06.2026, 01:34
İdman"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
-
26.06.2026, 01:12
GündəmMehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
-
26.06.2026, 00:08
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
25.06.2026, 23:18
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
-
25.06.2026, 20:25
İdman“Gələcəyə Doğru 2026” turniri keçirilib
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
İdman
29.06.2026, 09:56
Tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında iştirak edən bütün idmançılar 10 min ABŞ dolları məbləğində “Gələcək naminə hazırlıq” adlı xüsusi Olimpiya qrantı əldə edəcəklər.
Olimpiyadunyasi.com xəbər verir ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən 146-cı sessiyasında qəbul olunub.
BOK-un açıqlamasına əsasən, yeni təşəbbüs idmançıların həm uzunmüddətli idman fəaliyyətini, həm də peşəkar karyeradan sonrakı dövrə keçidini dəstəkləməyi hədəfləyən “Gələcək naminə hazırlıq” strateji proqramının tərkib hissəsidir. Qurum bununla olimpiyaçılar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini davam etdirdiyini vurğulayıb.
Yeni qrant mövcud maliyyə dəstək mexanizmlərini əvəz etməyəcək, əksinə, onları tamamlayacaq. Hər Olimpiya Oyunlarında təxminən 14 min idmançının bu vəsaiti almaq hüququ qazanacağı gözlənilir. Qrantlar Milli Olimpiya Komitələri vasitəsilə idmançılara çatdırılacaq.
Bildirilib ki, hər hansı olimpiyaçı qrantdan imtina edərsə, onun üçün ayrılmış vəsait fondda saxlanılacaq və gələcək Olimpiya iştirakçılarının dəstəklənməsinə yönəldiləcək.
Eyni zamanda qeyd olunub ki, bu proqramın həyata keçirilməsi BOK-un Milli Olimpiya Komitələrinə, beynəlxalq idman federasiyalarına, Olimpiya Oyunlarının Təşkilat Komitələrinə və Olimpiya Həmrəyliyi proqramına göstərdiyi maliyyə dəstəyinin azalmasına səbəb olmayacaq.
Qrant proqramı 2026 Milan-Kortina Qış Olimpiya Oyunlarından etibarən tətbiq ediləcək. Yarışlarda Aa akkreditasiyası ilə çıxış edən bütün olimpiyaçılar bu imkandan yararlana biləcəklər. Bunun üçün idmançıların antidopinq qaydalarını pozmaması, həmçinin BOK-un Etik Kodeksinə, Olimpiya Xartiyasına və iştirak şərtlərinə riayət etməsi tələb olunur.
BOK-un Atletlər Komitəsinin sədri Pau Gasol bildirib ki, bu vəsait medal qazananlara verilən mükafat deyil. Onun sözlərinə görə, Olimpiya Oyunlarına vəsiqə qazanmaq böyük zəhmət, uzunmüddətli hazırlıq və fədakarlıq tələb edir. Qrantın məqsədi məhz həmin əməyi qiymətləndirmək, bütün olimpiyaçıların Olimpiya ailəsinin ayrılmaz üzvü olduğunu təsdiqləmək və gələcək nəsil idmançılar üçün dəstək mexanizmi yaratmaqdır.
Hazırda BOK qrantın təqdim olunması və müraciət qaydalarının hazırlanmasını davam etdirir. “Milan-Kortina 2026” Oyunları üçün müraciət prosesinin cari ilin sonuna qədər başlaması, ilk ödənişlərin isə 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.